Modern.az

Ermənistan xüsusi təyinatlılarını cəbhə xəttinə topladı

Ermənistan xüsusi təyinatlılarını cəbhə xəttinə topladı

13 İyun 2019, 11:31

Ermənistanın müdafiə naziri növbəti dəfə militarist bəyanat verib.  

 

Modern.az xəbər verir ki, erməni jurnalistlərin suallarını cavablandıran David Tonoyan təmas xəttində Azərbaycan tərəfinin aktivləşməsinə cavab olaraq xüsusi təyinatlı qüvvələrin cəbhə bölgəsinə toplandığını açıqlayıb.

 

“Bizim də pilotsuz uçuş aparatlarımız təmas xətti boyunca uçur. Hazırda situasiya müəyyən qədər stabildir”.

Tonoyan Qarabağda təmas xəttinə xüsusi təyinatlı qüvvələr yerləşdiyini də açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər