Modern.az

Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR

Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR

13 İyun 2019, 13:54

Ermənistan rəhbərliyinin işğal altındakı Qarabağ torpaqlarına turist cəlb edərək əlavə gəlir qazanması və bölgənin işğalını legitimləşdirmək planları ardıcıl uğurusuzluqlara məruz qalır.

 

Modern.az xəbər verir ki, qondarma rejimin “turizm idarəsi”nin rəhbəri Sergey Sarksiyan 2018-ci ildə Qarabağı 28 min 588 əcnəbi turistin ziyarət etdiyini bildirib.

 

“Turistlər daha çox Xankəndi, Şuşa, Əsgəran, Qandsazar, Tuğ və Çaxkaşat kəndlərinə səfər edir”- deyə o açıqlama verib.

 

Digər tərəfdən, qondarma rejim Ermənistandan bölgəyə gələn hər turistdən viza haqqı kimi istədiyi 6,2 dollar “rüsum”u da ləğv edib.

Paralel olaraq, iyunun 1-də Xankəndində tanınmamış ölkələr arasında "Avropa çempionatı"nı keçirməklə separatçı rejim öz gəlirlərini artırmaq planları güdürdü.

 

Amma bölgəyə planlaşdırılandan az turistin gəlməsi bu məsələdə ciddi əngəl yaradıb. Statistika da ötən il Qarabağa 28 min turistdən 11 minin Rusiyadan gəldiyini və onların mütləq əksəriyyətinin erməni mənşəli şəxlsər olduğunu ortaya qoyur.

 

Bu isə separatçıların turizm siyasətinin faktiki olaraq, iflasa uğradığını göstərir.

 

Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağ separatçıları kəskin turizm çatşmazlığı ilə üzləşmişdilər. İşğal olunmuş torpaqlarda fəaliyyət göstərən “Qandsazar tur” şirkətinin baş meneceri Zara Baqdasaryan aprel döyüşlərindən sonra bölgəyə gələn turistlərin sayında 70% azalma müşahidə olunduğunu demişdi.

 

“Qarabağda turizm sektoru ciddi böhran içindədir. Yay aylarında erməni diasporunun öz məzuniyyət günlərini Qarabağda keçirməsi üçün kampaniya başladılsa da, bu, əks effekt verib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir