Modern.az

Rusiyada narkotika ticarətçiləri ömürlük həbs oluna bilər

Rusiyada narkotika ticarətçiləri ömürlük həbs oluna bilər

19 Yanvar 2012, 10:40

Dövlət Dumasının komitə sədri Cinayət Məcəlləsinə dəyişiklik olunmasını təklif edib

Rusiya Dövlət Dumasının Təhlükəsizlik komitəsinin rəhbəri İrina Yarovaya narkotika ticarətçiləri və kuryerlərinin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Modern.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, komitə sədrinin fikrincə, yüksək miqdarda narkotik maddələrin daşıyıcıları haqda ən ağır cəzalar tətbiq olunmalıdır. Bu səbəbdən Yarovaya Rusiyanın Cinayət Məcəlləsində müvafiq dəyişiklik olumasını təklif edib. Hazırda bu cür cinayət əməlinə görə tutulanlar Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək barələrində 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə hökmü çıxarılır.

Komitə sədrinin bu təklifi irəli sürməsinə yeni il bayramı günlərində Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Novosibirskə kuryerlərin vasitəçiliyi ilə külli miqdarda təsir gücü yüksək olan sintetik narkotikanın gətirilməsini açkar etməsi səbəb olub. Yarovayanın fikrincə, qanunvericilər FTX ilə narkotikanın dövriyyəsinin qarşısının alınması üçün birgə fəaliyyət göstərməlidir.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı