Modern.az

G20 sammitini 25 min polis qoruyacaq

G20 sammitini 25 min polis qoruyacaq

15 İyun 2019, 09:07

Yaponiyanın Osaka şəhərində 30 minə yaxın şəxsin iştirakı ilə keçiriləcək G20 sammitini 25 min polis əməkdaşı qoruyacaq.

Modern.az xəbər verir ki, bu barədə "Kiodo" agentliyi  məlumat yayıb.

Məlumata görə, sammitlə əlaqədar olaraq nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər olacaq.

Hökumət dəmir yollarında saxlanc yerlərindən istifadəyə qadağa qoymaq niyyətindədir. Bundan əlavə, Osakanın mərkəzi vağzalından bütün zibil qutuları yığışdırılacaq.

Həmçinin bir çox mağazaların liderlərin görüş günü bağlanacağı qeyd olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub