Modern.az

Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR

Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR

16 İyun 2019, 08:56

İyunun 9-da Kanadanın Toronto şəhərində 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib. 450 nəfərdən artıq azərbaycanlının iştirakı ilə keçirilən tədbirdə “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyətin yaradıldığı elan edilib və ictimaiyyətə açıqlanıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, cəmiyyətin əsas məqsədi Kanadanın Ontario əyalətində yaşayan azərbaycanlılar arasında əlaqələndirmə və eləcə də mədəni irsin və dəyərlərin qorunması üçün tədbirlərin təşkil edilməsidir. Tədbirdə Ontario əyalətinin parlament üzvləri Roman Baber və Rachel Wilson də iştirak etmiş və azərbaycanlıları “Respublika günü” münasibətilə təbrik edərək yeni yaradılmış cəmiyyətə öz dəstəklərini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir