Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ilk hansı ifadəni deyəcəyini açıqlayıb.
Modern.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, Ukrayna lideri itirilmiş əraziləri yada salacağını deyib.
“Donbas və Krım Ukraynadır”- deyə Zelenski söhbətə bu ifadə ilə başlayacağını deyib.
Krımda dəfələrlə olduğunu xatırladan Zelenski yenidən yarımadaya getmək arzusunu ifadə edib.