Modern.az

UEFA-nın eks-prezidenti Mişel Platini həbs olundu

UEFA-nın eks-prezidenti Mişel Platini həbs olundu

Dünya

18 İyun 2019, 12:44

Fransada UEFA-nın keçmiş prezidenti Mişel Platini həbs olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, korrupsiyada ittiham olunur.

 

Platinin saxlanılmasını 2022-ci il Dünya Çempionatının ev sahibi seçkisi ilə əlaqələndirirlər. Söhbət Qətər dövlətinin ev sahibliyi edəcəyi turnirdən gedir.

 

Həmin işlə bağlı 2015-ci il oktyabrın 8-də bir qrup FİFA rəhbəri həbs olunub. FİFA-nın Arbitraj Palatası bu işlə bağlı Platinini 8 illik diskalifikasiya etmişdi. Mişel Platini 2016-cı il sentybarın 14-də UEFA-nın prezident postundan gedib.

 

Xatırladaq ki, Mişel Platini 1984-cü ildə Fransa yığma komandası ilə birlikdə Avropa çempionu olub. “France Football” nəşri onu XX əsrin ən yaxşı fransız futbolçusu elan edib. Fransa millisinin heyətində o 41 qola imza atıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir