Modern.az

Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir

Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir

18 İyun 2019, 14:21

Ümumdünya Turizm Təşkilatı (ÜTT) Azərbaycanda mərkəz aça bilər.

 

Modern.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında qurumun baş katibi Zurab Pololikaşvili deyib.

 

"İl ərzində dünyada 10 mərkəz açmağı planlaşdırılır. Azərbaycanda da belə bir mərkəz açmaq istəyirik. Yaxın vaxtlarda Azərbaycanda da belə bir mərkəz açmaq niyyətindəyik. Bu, tək bizdən asılı deyil, həm də dövlətlərdən, maliyyədən asılıdır".

 

Zurab Pololikaşvili qeyd edib ki, kənd turizminin inkişafı da ÜTT-nin diqqətindədir: "Təhsil də turizmin önəmli hissələrindəndir. İlk Onlayn Turizm Akademiyası yaratmağı düşünürük. Bu Akademiya ilə insanlar fundamental biliklərə yiyələnəcək, ingilis və ispan dilləri tədris olunacaq. Biz tərəfdaşlar taparaq, Akademiyanın başqa dillərdə, eyni zamanda Azərbaycan dilində də fəaliyyət göstərməsinə çalışırıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi