Modern.az

Məktəb direktoru  işdən çıxarıldı

Məktəb direktoru  işdən çıxarıldı

18 İyun 2019, 15:38

Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

Modern.az-ın məlumatına görə, məktəb direktorunun işdən azad olunmasına səbəb vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsidir.

Məlum olub ki, 1 nömrəli tam orta məktəbdə direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrinə müəllimlər də məcburi şəkildə cəlb edilib.

Bununla yanaşı, məktəbdən dəfələrlə şəhər hüquq-mühafizə orqanlarına, o cümlədən şəhər Təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir