Modern.az

Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı

Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı

Dünya

18 İyun 2019, 16:28

Ermənistanın Syunik vilayətinin keçmiş qubernatoru Surik Xaçaturyana qarşı cinayət işi açılıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xaçatryan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

 

2016-cı ildə Xaçaturyan gərgin münasibətlərdə olduğu bir qrup şəxslə mübahisə edərək onların almaq istədiyi torpaq sahəsinin başqa şəxsə satılmasına göstəriş verib. Satış prosesi saxta sənədlər əsasında həyata keçirilib.

 

Faktla bağlı Xaçaturyana qarşı cinayət işi açılıb.     

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir