Modern.az

Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi

Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi

18 İyun 2019, 17:01

Mediaturda 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri və tələbələrin valideynləri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, onlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.

Qonaqları univeritetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev salamlayaraq yaz imtahan sessiyasının təşkili və gedişi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Kooperasiya Universitetində 2018-2019-ci tədris ilinin yaz imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, eyni zamanda sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək məqsədilə fakültələr və universitet üzrə Apelyasiya komissiyaları yaradılıb.

Habelə, müraciətlərin operativ dəyərləndirilməsi və adiyyatı üzrə həllinin təşkili məqsədilə universitetdə Qaynar xətt də fəaliyyət göstərir.


Sonda mediaturun iştirakçılarının sualları cavablandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub