Modern.az

Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər

Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər

Parlament

19 İyun 2019, 13:16

Sabah Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin  53-cü sessiyası keçiriləcək

 

Modern.az xəbər verir ki 53-cü sessiya iyunun  18, 19, və 20-də da Bakıda təşkil olunacaq.

 

QDİƏT-in Parlament Məclisinin 53-cü sessiyasına Ermənistandan da nümayəndə heyətinin qatılacağı da gözlənilirdi.

 

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının  nümayəndə heyətinin üzvü Musa Quliyev Modern.az-a açıqlamasında Ermənistan nümayəndə heyətinin sessiyaya qatılmayacağına münasibət bildirib:

 

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin  53-cü sessiyası beynəlxalq tədbirdir. QDİƏT baş katibliyi tərəfindən hər bir nümayəndə heyətinə dəvət göndərildiyi kimi, Ermənistan nümayəndə heyətinə də dəvət göndərilib. Tədbirə qatılıb-qatılmayacağına isə Ermənistan özü qərar verə bilər. Hansı səbəbdən gəlmədiklərini deyə bilmərik. Bizə məlum olmayan səbəblərdən görüşə qatılmayıblar. Qatılmasalar belə tədbir yüksək səviyyədə davam edəcək. Həmçinin, ermənilər şou göstərməyi yaxşı bacarırlar. Onların futbolçusu da, deputatı da şou göstərməklə məşğuldur”.

 

Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir.

 

Qaydaya görə, Məclisə sədrliyi ölkənin parlamentinin rəhbəri həyata keçirəcək. Bakı sessiyasında QDİƏT-in baş katibliyi və müavinliyinə seçkilər həyata keçiriləcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in baş katibi olan Asəf Hacıyevin və Yunanıstan nümayəndəsinin namizədliyi irəli sürülüb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir