Modern.az

Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ

Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ

Dünya

19 İyun 2019, 14:00

2018-ci ildə dünyada qaçqınların sayı 70,8 milyon nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki. bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında deyilir.

BMT 2017-ci ildə analoji göstəricinin 68,5 milyon olduğunu xatırladır.

 

Ümumilikdə, 2019-ci ildə 13,6 milyon insan müharibə və təqiblərə görə yaşayış yerini tərk edib. Qaçqınlar üzrə ali komissar Fillipo Qrandi bu rəqəmlərin hələ də reallığı əks etdirmədiyini və sığınacaq axtaran insanların sayının çox olduğunu deyib.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!