Modern.az

Elmar Məmmədyarov Boltonla Qarabağı müzakirə etdi

Elmar Məmmədyarov Boltonla Qarabağı müzakirə etdi

19 İyun 2019, 21:27

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki,  tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

 

ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində rellaşdırılan layhələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları tərəflər arasında müzakirə edilib.

 

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı