Modern.az

FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

19 İyun 2019, 22:46

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini dəyişməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, FED-in 18-19 iyun tarixlərində keçirilən iclaslarının yekununda faiz dərəcəsinin illik 2,25-2,5 faiz səviyyəsində saxlanılması qərara alınıb.

 

FED, həmçinin, ABŞ-ın 2019-cu ildə ÜDM artımı üzrə proqnozunu 2,1 faiz səviyyəsində saxlayıb, 2020-ci il proqnozunu isə 1,9 faizdən 2 faizədək artırıb.

 

Qeyd edək ki, 2018-ci ildə FED faiz dərəcəsini mart, iyun, sentyabr və dekabr aylarında olmaqla dörd dəfə qaldırıb. Sonuncu dəfə artım 0,25 faiz bəndi təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir