Modern.az

Putinin hərbi bloku Azərbaycana məxfi məlumatlar ötürür? -  Ermənistanda NARAHATLIQ

Putinin hərbi bloku Azərbaycana məxfi məlumatlar ötürür? -  Ermənistanda NARAHATLIQ

20 İyun 2019, 14:48

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə informasiya texnologiyaları sahəsində əməkdaşlığı təsdiqləməyə tələsmir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan qanunun ratifikasiya olunmasını təklif edib. Onun sözlərinə görə qanun hərbi-siyasi sahədə KTMT-a aid məlumatların mübadiləsinə şərait yaradacaq.

Amma o, bəzi üzv ölkələrin bu informasiyaları Azərbaycana ötürə bilməsindən narahatlığını gizlətməyib.

 

“Mən ölkələrin adlarını çəkmək istəmirəm amma KTMT-da İslam təşkilatlarına üzv ölkələrin olduğunu bilirik. Həmin ölkələrin Azərbaycanla oxşar sazişi varmı və bu razılaşmaya necə təsir göstərə bilər?”-deyə “Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikael Melkumyan Vanetsyana sual verib.

Vanetsyan infiormasiyaların bağlı olduğunu və 3-cü ölkələrə ötürülməsinin çətinləşdiyini deyib. Bununla belə, bəzi ölkələrin səssiz razılığı əsasında KTMT-a aid informasiyaların kənara sızdırılmasını təkzib etməyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir