Modern.az

Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı

Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı

Aktual

20 İyun 2019, 16:20

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

 

Bu haqda DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş  Rafiq Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 1,657 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd  çətənə kolu aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində  araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır