Modern.az

Əli Nağıyev DTX rəisi oldu

Əli Nağıyev DTX rəisi oldu

Ölkə

20 İyun 2019, 17:54

Prezident İlham Əliyev Əli Nağıyevlə bağlı sərəncam verib.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Əli Nağı oğlu Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olunub.

Qeyd edək ki, Ə. Nağıyev bu günə kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini icra edib.

Əli Nağı oğlu Nağıyev 1958-ci ildə anadan olub. 2004-2011-ci illərdə  milli təhlükəsizlik nazirinin müavini vəzifəsində işləyib.

General-mayor Əli Nağıyev 12 may 2011-ci il tarixindən 20 iyun 2019-cu ilə kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsində tçalışırdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü