Modern.az

Milli Məclisin növbədənkənar iclaslarının sayında DƏYİŞİKLİK

Milli Məclisin növbədənkənar iclaslarının sayında DƏYİŞİKLİK

21 İyun 2019, 11:01

Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun 28-nə təyin edilsə də, iclasların sayında dəyişiklik edilib.

 

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında dəyişikliklə bağlı danışıb:

 

“Milli Məclisin növbədənkənar xüsusi sessiyası  iyunun sonlarında 2 gün davam edəcək. Belə ki, iyunun 27-si və 28-i növbədənkənar plenar iclaslar keçiriləcək”.

Mətbuat katibi əlavə iclasın salınması ilə bağlı hər hansı bir özəlliyin olmadığını da bildirib:

“İyunun 13-ü  və 14-ü tarixlərində də ard-arda növbədənkənar iclaslar keçirilib. Növbədənkənar iclasın iyunun 27-nə salınması ilə bağlı xüsusi bir hal yoxdur”

Qeyd edək ki,  iyulun 9-da və 12-də plenar iclasların keçirilməsi nəzərdə tutulur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir