Modern.az

İslahatlar daha geniş və əhatəli olacaq

İslahatlar daha geniş və əhatəli olacaq

21 İyun 2019, 12:59

Ölkə başçısının iyunun 20-də imzaladığı bir neçə sərəncamla Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyində dəyişiklik oldu. Belə ki, dəyişikliklərlə daxili işlər naziri Ramil Usubovu Vilayət Eyvazov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevi general-mayor Əli Nağıyev əvəz etdi. Ölkə başçısının digər sərəncamı ilə Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi. Kadr dəyişikliklərindən sonra ictimaiyyətdə gedən müzakirələrdə əhalinin böyük kəsiminin səhiyyə və bəzi digər sahələrdən narazılıqları aydın görünür.

Maraqlıdır ki, ölkə rəhbərinin iradəsindən asılı olaraq aparılan dəyişikliklər narazılıq olan sahələri də əhatə edə bilərmi?

Modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.

 

Vahid Əhmədov saytımıza bildirib ki, Prezident İlham Əliyevin iyunun 20-də imzaladığı sərəncamlar hələ ötən ildən start verilən kadr islahatlarının bir hissəsidir:

“Gedişat göstərir ki, islahatlar daha geniş və əhatəli olacaq. 2018-ci il Prezident seçkilərindən sonra Azərbaycanda köklü iqtisadi, siyasi, sosial, instutsional kadr islahatlarına start verilib. Çox böyük dəyişikliklər həyata keçirilir. Dünən faktiki olaraq daxili işlər nazirini, Dövlət Təhlükəsizlik Xidmətinin rəisini, müdafiə sənayesi nazirini dəyişdi. Ümumiyyətlə, dəyişikliklərin özü çox müsbətdir. Çünki istənilən sahədə dəyişiklik yenilik deməkdir. Kadr islahatı nə qədər ciddi aparılırsa, həmin sahədə bir o qədər dirçəliş, yenilik hiss olunur”.

 


Parlamentari qeyd edib ki, digər sahələrdə də dəyişikliklər gözlənilir:

“Təbii ki, bu, ölkə rəhbərinin səlahiyyətində olan məsələdir. Mən əminəm ki, onun start verdiyi dərin köklü islahatlar digər bloklarda da davam etdiriləcək. Kadr islahatı çox ciddi məsələdir. Çünki bir sahə üzrə kadr bir günə, 1 aya yetişmir. Onun yetişməsi üçün illər lazımdır. O kadr uzun illər bu sahədə çalışıb, nöqsansız, bacarıqlı insandırsa, dəyərləndirmək lazımdır. Təbii olaraq, cənab Prezident də bu nüansları nəzərə alır.

Məsələn, səhiyyə və ya təhsil sahələri ağır və məsuliyyətli sahələrdəndir. İnsanların bu iki sahədən gözləntiləri həmişə yüksək olub. Çünki insanların gündəlik və birbaşa təmasda olduqları sahələrdir.

Hazırda səhiyyə sahəsində kifayət qədər nöqsanlar var. Və 2020-ci ildə icbari tibbi sığorta tam olaraq tətbiq olunmayanadək bu problemlər aradan qalxmayacaq. Biz  prosesi yekunlaşdırmayanadək problemlər dərinləşə bilər. Ona görə də çalışmaq lazımdır ki, icbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə tam tətbiqinə nail olaq.
Problemlərdən biri də dövlət tibb müəssisələrində çalışanların əmək haqqının aşağı olmasıdır. Bunu nəzərə olaraq onların da maaşlarını artırmalıyıq. Yoxsa tibb müəssisələrindəki bəzi nöqsanlar, əhalini narazı salan məqamlar aradan qalxmayacaq. Hansısa nazirlikdə kadr dəyişikliyinə gəlincə, bunu proqnozlaşdırmaq doğru deyil. Çünki bu, ölkə Prezidentinin səlahiyyətində olan məsələdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu