Modern.az

Məhkəmə Saakaşvilinin xeyrinə qərar verdi – Seçkilərə qatılacaq

Məhkəmə Saakaşvilinin xeyrinə qərar verdi – Seçkilərə qatılacaq

21 İyun 2019, 13:01

Ukraynanın “Yeni Qüvvələr Hərəkatı” partiyasının yaradıcısı və sədri Mixail Saakaşvili parlament seçkilərində iştirak edəcək.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Kiyevin Peçorsk rayon məhkəməsi qərar çıxarıb.

Məhkəmə siyasətçinin 2014-cü ildən başlayaraq fasiləsiz bu ölkədə yaşadığına qərar verib.

 

“Məhkəmə ədalətli qərar verərək mənim parlament seçkilərində iştirak etməyimə şərait yaratdı”-deyə siyasətçi “Facebook” səhifəsində yazıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi