Modern.az

Gürcüstanı ayağa qaldıran rusiyalı deputat Saakaşvilini İTTİHAM ETDİ

Gürcüstanı ayağa qaldıran rusiyalı deputat Saakaşvilini İTTİHAM ETDİ

Dünya

21 İyun 2019, 13:59

Gürcüstanda Beynəlxalq Pravoslavlıq Assambleyasının iclası zamanı spiker kürsüsünə əyləşməsi ilə qalmaqal yaradan rusiyalı deputat Sergey Qavrilov hadisələri şərh edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, baş verənlərdə Mixail Saakaşvilini ittiham edib.

“Hazırda Gürcüstanda dövlət çevrilişinə növbəti cəhd baş verir. Bu radikal elementlərin hakimiyyəti ələ alması üçün baş verir. Həmin qüvvələr xaricdən, düşünürəm ki, Mixail Saakaşviliyə yaxın şəxslər tərəfindən koordinasiya edilir”-deyə Qavrilov deyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!