Modern.az

Ermənilər Laçında meyvə zavodu inşa edəcək - FOTOLAR

Ermənilər Laçında meyvə zavodu inşa edəcək - FOTOLAR

21 İyun 2019, 15:15

Ermənilər işğal altında saxladıqları Qarabağda yeni infrastruktur laiyhələri icra etməyə davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Laçın rayonu ərazisində salınan Van kəndində yeni meyvə bağları salınıb. 5 hektar ərazini əhatə edən meyvə bağlarında gavalı, nar və əncir ağacları əkilib. İqlimin və suvarma sistemlərinin əlverişli olması səbəbindən bağın genişlənməsi nəzərdə tutulur.

 

Bağın salınması “Tufenkyan” fondu və amerikalı cütlük Viktor və Cudi Zaruqyanın maliyyəsi hesabına baş tutub.

“Tufenkyan” fondunun ofis rəhbəri Edvin Qriqoryan yaxın aylarda ərazidə meyvə qurusu istehsal edən zavodun inşa olunacağını elan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı