Modern.az

Gürcüstan parlamentinin spikeri istefa verdi – Müxalifətdən yeni ULTİMATUM

Gürcüstan parlamentinin spikeri istefa verdi – Müxalifətdən yeni ULTİMATUM

21 İyun 2019, 15:53

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, ölkədə baş verən geniş ertirazlar fonunda bu addımı atıb.

 

Gürcüstan müxalifəti aksiyanın güc yolu ilə dağıdılmasına cavab olaraq daxili işlər naziri Georgi Qaxariyanın da istefasını tələb edib. Eyni vaxtda, müxalifət seçki sisteminin tam olaraq proporsional (yalnız partiya siyahısı əsasın da) keçirilməsini tələb ediblər.

Etirazlar Pravoslav Ölkələrinin Parlamentlərarası Assambleyasının Tbilisidə keçirilən sessiyasında Rusiyanı təmsil edən deputat Sergey Qavrilovun spiker postunda oturması ilə başlamışdı. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini dəstəkləyən rus deputatın kürsüdə əyləşməsi ölkə sakinlərini qəzəbləndirib.  Ötən gecəki aksiyalarda azı 250 nəfər yaralanıb, onlardan 2-si gözlərini itirib. 

 

Qeyd edək ki, İrakli Kobaxidze 25 sentyabr 1978-ci ildə doğulub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir