Modern.az

Məktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİ  

Məktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİ  

21 İyun 2019, 18:15

Məktəb direktorları və müavinlərinin aylıq vəzifə maaşlarında artım ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Tv-nin “Təməl” verilişində çıxışı zamanı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovməlumat verib.

 

Bildirilib ki, minimum aylıq əməkhaqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı olaraq, dövlət ümumtəhsil müəssisələrində çalışan digər işçilərin də maaşında artım olacaq.

 

Nəzərə almaq lazımdır ki, ümumtəhsil məktəblərində 110 minə yaxın qeyri-pedaqoji fəaliyyətlə məşğul olan işçi var.

 

Məlumata əsasən, məktəbdənkənar təhsil müəssisələrində çalışanların da aylıq vəzifə maaşlarında artım olacağı gözlənilir.

 

Qeyd edək ki, 18 iyunda Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. 

 

Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi