Modern.az

Soçidə Qarabağ danışıqları: Azərbaycanın müharibə mesajı...

Soçidə Qarabağ danışıqları: Azərbaycanın müharibə mesajı...

23 Yanvar 2012, 12:12


Bu gün Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.

Qeyd edək ki, görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq.

Səfər öncəsi Azərbaycan Prezidenti İlham Əliyevin Goranboy rayonunda məcburi köçkünlər üçün yeni salınmış şəhərciyin açılışını edib və bunun ardınca təmas xəttdindəki hərbi hissələrin birində görüş keçirib.

Həm beynəlxalq, həm də yerli ekspertlərdən İlham Əliyevin üçtərəfli görüçdən öncə cəbhə xəttinə getməsini Azərbaycan tərəfinin Ermənistana mesajı kimi qiymətləndirənlər var.

Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini, palitoloq Aydın Mirzəzadə bildirib ki, uzun müddətdən sonra Medvedevin təşəbbüsu ilə yenidənən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir:
“Əvvələr belə uzunmüddətli fasilə olmamışdı. Səbəb Ermənistanın görüşlərə hazırlıqsız gəlməyi və məsələnin həllinə hazır olmaması ilə bağlı idi.  Bu baxımdan indiki görüş maraq doğurur. Görünür tərəflər görüşə  müəyyən texniki hazırlıq işi aparıblar. Eyni zamanda görüşün təşəbbüskarı Medvedevin səlahiyyət müddəti bir ay yarımdan sonra başa çatır. Buna baxmayaraq Medvedev çox əhəmiyyətli bir görüşü təşkil edir. Bu onu göstərir ki, görüş  Medvedevin təşəbbüsündən daha çox Rusiya dövlətinin təşəbbüsüdur. Rusiya ümumilikdə bu problemin həllində maraqlıdı”.

A. Mirzəzadə bildirib ki, Prezident İlham Əliyev səfər öncəsi qaçqın və məcburi köçkünlər üçün şəhərciyin açılması mərasimində və cəbhə xəttində olması bir daha onu  götərdi ki, problem birmənalı şəkildə Prezidentin diqqətindədir və dövlətin bir nömrəli ümummilli məsələsidi:
“Yəni Azərbaycan dövləti bununla ərazi bütövlüyünün bərpasını vurğulayır, Azərbaycanın dövləti bu gün Ermənistan Azərbaycan torpağının işğalı nəticəsində doğan fəsadları aradan qaldırmaq üçün maksimum tədbirlər görür. Bu şübhəsisz ki, Ermənistan tərəfə Azərbaycanın mövqeyini konkret nümünələrlə bir daha göstərmiş olur. Azərbaycan tərəfi torpaqları işğal edən Ermənistanla danışıqların aparılması özü Ermənistana ən böyük güzəştidir. Ancaq Ermənistan Azərbaycan torpağını işğalda əbədi saxlıyacağına heç bir zaman ümud eləmir”.

Deputat Azərbaycanın hərbi yolla məsələnin həllini heç zaman gizlətmədiyini bildirib:  “Azərbaycan tərəfi hər zaman bildirib ki, problemin həllində iki variant var. Həm diplomatik, həm də müharibə yolundan həmişə istifadə etməyə hazırdır. Bu baxımdan da danışıqlarda iştrak edir və həmçinin müharibəyə hazırlığını da heç bir zaman kənara qoymur. Ermənistan və dünya Azərbaycanın hər iki variant üzərində ciddi mövqeyini bilməlidi”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir