Modern.az

BELLO DERMALUX - ZƏRİF ƏLLƏR VƏ MÜKƏMMƏL TƏMİZLİK!

BELLO DERMALUX - ZƏRİF ƏLLƏR VƏ MÜKƏMMƏL TƏMİZLİK!

23 Yanvar 2012, 12:13

“Nurgün” Şirkətlər Qrupuna məxsus “Bello” yuyucu vasitələrinin sırasına yüksək keyfiyyətə malik daha bir məhsul əlavə olundu. Bu - “Dermalux” qabyuyan vasitəsidir. “Dermalux” qabyuyan vasitəsi bu seqmentdən olan xarici istehsal məhsullarına ciddi rəqibdir.

Hər bir qadın, əllərinin baxımlı olması üçün onlara daima xüsusi qulluq edir. Xanımların gündəlik gördükləri ev işlərində məhz əllər mənfi təsirlərə məruz qalır. Nəticə etibarilə mətbəxdə çalışan xanımlar eyni problemlə - əl dərisinin quruması, qabıq verməsi və dartılması faktoru ilə qarşılaşırlar.

İnsan dərisi bədənin qoruyucu və mühafizəedici örtüyü olması ilə bərabər, həm də lipid hasil edən önəmli metabolik funksiyanı həyata keçirir. Dərinin üst qatlarında yerləşən hüceyrələr lipidlərlə əhatə olunur ki, onlar da piy vəzilərinin tərkibinə daxil olan, dərini xüsusi təsirlərdən qoruyan lipidli mantiya qatını əmələ gətirir. Bu muhafizəedici qat dərini ətraf mühitin istənilən təsirlərindən: müxtəlif infeksiya yaradan mikroorqanizmlərdən, zərərli maddələrdən, qızmar isti və sərt soyuqdan mühafizə edir. Lakin insan anatomiyası ele bir quruluşa malikdir ki, piy vəzilərinin əsas hissəsi üz və bədən dərisində yerləşir və bu nahiyələrdə dəri maksimal müddətə hamar və elastik qalır. Təəssüf ki, əl dərisində, xüsusilə ovuc nahiyəsində piy vəziləri minimal miqdardadır.

Bu səbəbdən, ev işləri zamanı, xüsusilə qabyuma prosesində, əl dərisini yuyucu vasitələrin mənfi təsirlərindən qorumaq çox önəmlidir. Bununla bərabər, qab-qacaqların mükəmməl təmizliyi də xanımlar üçün çox vacib məsələdir. Məhz buna görə hər bir qadın qabyuma zamanı həm mükəmməl təmizliyə nail olacaq, həm də əllərin incə dərisini qoruyacaq bir vasitənin olmasını arzu edir.

Xanımların bu arzusunu reallığa çevirmək üçün “Bello” yuyucu vasitələrin istehsalı zavodu “əlləri qoruma” seriyasından daha mükəmməl yeni bir vasitə - “Dermalux”un istehsalına başladı. “Dermalux” xoş qoxuya və daha qatı tərkibə malik olmaqla, qabyuyan vasitədən daha az miqdarda, amma çox effektiv istifadəyə imkan yaratmaqla qənaətcil xanımların tələblərinə cavab verir. Bu qabyuyan vasitənin istifadəsindən sonra, əlləri yumşaltmaq üçün hər hansı kosmetik vasitəyə ehtiyac qalmadığına əmin olacaqsınız. Belə ki, qabyuyan vasitənin tərkibinə daxil olan maddələr qablarınızın mükəmməl təmizliyini təmin etməklə bərabər, həmçinin əllərinizə nəmlik, ipək yumşaqlığı və xoş toxunma hissi bəxş edəcəkdir.

“Bello” Yuyucu vasitələrin istehsalına 2005-ci ildə başlanılmışdır.

Məhsullar dünya standartlarına uyğun xammaldan hazırlanır və yerli məhsullar arasında öz keyfiyyəti ilə seçilir. “Bello” məhsulları sizə bol çeşid sırası ilə təqdim olunur: “Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.”

“Bello” yuyucu vasitələri “Məişət kimyası məhsulları üzrə yüksək keyfiyyət standartları” mükafatına layiq görülmüşdür.

“BELLO” ilə təravəti hiss edin! 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir