Modern.az

Deputat Facebook dostları ilə görüşüb - FOTOLAR

Deputat Facebook dostları ilə görüşüb - FOTOLAR

23 Yanvar 2012, 13:00

Fuad Muradov: “Heç bir vasitə canlı ünsiyyət qədər insanları bir-birinə yaxın edə bilmir”

Millət vəkili Fuad Muradov Facebook və Twitter sosial şəbəkələrində olan bir qrup virtual dostu ilə canlı görüş keçirib. Modern.az saytı xəbər verir ki, çay süfrəsi arxasında baş tutan görüşdə iştirak edənlərin əksəriyyəti gənclər olub.

Bu görüşdə Fuad Muradov bildirib ki, heç bir vasitə canlı ünsiyyət qədər insanları bir-birinə yaxın edə bilmir: “Düzdür, bu gün sosial şəbəkələrdə, müxtəlif forumlarda biz biri-birimizlə əlaqə saxlayır, fikirlərimizi paylaşırıq. Amma monitor arxandan insanları daha dəqiq tanımaq olmur. Mən bilmirəm, müxtəlif sosial şəbəkələrdəki qruplarda birləşmiş insanlar bəlkə də biri-biriləri ilə real həyatda görüşür, amma millər vəkili qismində biz ilk dəfə belə bir addım atdıq. Mən seçicilərimlə tez-tez görüşürəm, insanlarla daim ünsiyyətdəyəm. Amma sizinlə görüşdə əsas məqsədlərdən biri də daha yaxından tanış olmaq, müxtəlif mövzularda fikir mübadiləsi aparmaqdır.”

Görüşdə iştirak edənlərin hər biri özünü təqdim edib, qısa olaraq öz haqqında məlumat verib. Onlar arasında tələbələr də olub, ali təhsilini başa vurub müxtəlif sahələrdə çalışanlar da.

Heç kim “birinci başlamaq” sindromunu sındırmağa cəhd etməyib. Fuad Muradovun “tam səmimi olaq, burda rəsmiyyət yoxdur” sözlərindən sonra Rüstəm adlı gənc ilk olaraq danışbı. O, ölkədəki gənclər təşkilatlarının fəaliyyətindən danışaraq yeni bir təşəbbüs göstərdikləri və gənclər təşkilatı yaratdıqlarını, amma qeydiyyat məsələlərində müəyyən çətinliklərin olduğunu bildirib. Fuad Muradov isə onun mexanizmləri barədə yardımçı ola biləcəklərini və Gənclər Təşkilatları Milli Şurasına müraciət etməyi tövsiyə edib.

Müzakirə mövzularından biri də bu gün ölkə televiziyalarında gənc nəslin inkişafına yönəlmiş verilişlərlə əlaqədar olub.

Gənc jurnalist Nuranə xanım  əvvəllər ekranda daha çox olan bu cür proqramların son zamanlar şou ilə əvəzləməsinə münasibətini bildirib: “İndi ekranlarda daha çox şou verilişlər olur. Məsələn, bir vaxtlar sizin kimi gənclər daha çox televiziya verlişlərində çıxış edirdi, biz sizin çıxışlarınızla böyümüşük. Amma indi biz bunun əksini müşahidə edirik”.

Fuad Muradov isə bu fikirlərə münasibət bildirərək əlavə edib ki, bu problem mövcuddur və onlar bunun həlli yollarını axtarırlar: “Ölkə başçısı ilə görüşdə də biz bu məsələni qaldırdıq. İndi gənclər üçün yeni telekanalın yaradılması təklifi irəli sürülüb. Yəqin ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq.”

Bu gün ölkəmizdə əsas məsələnin Azərbaycanın ərazi bütövlüyü  məsələsini olduğunu diqqətə çatdıran millət vəkili bildirib ki, hər bir gənc, hər bir Azərbaycan vətəndaşı öz tutduğu mövqedən, vəzifədən asılı olmayaraq,  bacardığı qədər ərazi bütövlüyünü özünün ən birinci məsələsi hesab etməlidir: “Bu gün torpaqlarımız işğal altındadır. Biz sadəcə ildə bir dəfə işğal günlərində bunu yad etməməliyik. Bu hər zamanŞ bizim gündəlik həyatımızda olmalıdır. Necə ki, cənab Prezident İlham Əliyev bunu öz gündəlik həyatında edir. Məsələn, biz Avropada, müxtəlif beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq. Amma görünür bu da hələ azdır. Biz çox işlər görməliyik ki, ölkəmiz dünyada tanınsın və biz öz haqq səsimizi bəyan edək”.

Bu mövzu ətrafında da müxtəlif fikirlər səsləndirilib.

Gənclər bildiriblər ki, ərazi bütövlüyü məsələsi yalnız sözlə deyil, əməldə də təsdiq edilməlidir.

Gənclərdən biri isə üçdilli Qafqaz portalının yaradılmasını və burada Azərbaycan, gürcü və erməni dilində materialların yerləşdirilməsini məqsədəuyğun hesab edib.

Görüşdə gəncləri maraqlandıran bir sıra digər məsələlər də ətrafında fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin davamlı olması fikri irəli sürülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi