Modern.az

Tbilisidəki hadisələrdə destruktiv qüvvələr günahlandırıldı

Tbilisidəki hadisələrdə destruktiv qüvvələr günahlandırıldı

Dünya

22 İyun 2019, 23:59

"İyunun 20-də Tbilisidə baş verənlərə heç cürə haqq qazandırmaq olmaz və hadisələrin inkişafının tam məsuliyyəti destruktiv siyasətçilərin üzərinə düşür".

Modern.az  "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze yaydığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, destruktiv qüvvələr və konkret siyasətçilər olduqca pis hərəkət etdilər:

"Biz də, cəmiyyət də gördü ki, konkret siyasətçilər aksiyada olan gəncləri parlamentə hücum etməyə çağırırdı. Bu hərəkətlərə hüquqi qiymət veriləcək və onlar cəzasız qalmayacaq".

K.Kaladze qeyd edib ki, aksiyanın dağıdılması zamanı xüsusi təyinatlıların vəzifə səlahiyyətlərini aşması ilə bağlı müvafiq qurumlar araşdırma aparır. Onun sözlərinə görə, bu cür hallar təsdiqini taparsa, müvafiq reaksiya olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır