Modern.az

Dövlət imtahanından kəsilən tələbə huşunu itirdi

Dövlət imtahanından kəsilən tələbə huşunu itirdi

Aktual

23 İyun 2019, 12:28

Mingəçevirdə dövlət imtahanından kəsilən tələbə stres keçirərək huşsuz vəziyyətə düşüb.

 

Modern.az xəbər verir ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə “Bağlar” yaşayış massivindəki 6-cı küçədə baş verib.

 

Təhsil aldığı məktəbi bitirmək üzrə olan 1999-cu il təvəllüdlü tələbə Həşimova Rəşidə Seymur qızı dövlət imtahanından kəsilrək evə döndüyü zaman psixoloji stres keçirib. 

 

Daha sonra huşsuz vəziyyətə düşən gənc qız xəstəxanaya yerləşdirilib. Saatlar ərzində komotez vəziyyətdə qalan tələbənin bir qədər sonra durumu nisbətən stabilləşməyə başlayıb. Müalicəsi davam edir.

 

Onun şəhərdəki təhsil müəssisələrindən birinin sonuncu kursunda təhsil aldığı deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı