Modern.az

Azay Quliyev üçün özəl gün - FOTOLAR  

Azay Quliyev üçün özəl gün - FOTOLAR  

23 İyun 2019, 13:29

Bu gün Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin doğum günüdür. QHT.az xəbər verir ki, A.Quliyevin 48 yaşı tamam olub.

 

Modern.az xəbər verir ki, Azay Quliyev kifayət qədər məhsuldar bir ömür yaşayıb. Onun həyat və yaradıcılığına baxmaq bunu deməyə əsas verir:

 

ATƏT Parlament Assambleyasının vitse-prezidenti
ATƏT Parlament Assambleyasının "İpək Yoluna Dəstək Qrupu"nun sədri
Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Təvəllüdü: 23.06.1971
Ailə vəziyyəti: Evlidir, 3 övladı var
Seçki dairəsi: 8 saylı Binəqədi birinci
Milli Məclisin üzvüdür: 2005-ci ildən (III, IV və V çağırış Milli Məclisin deputatı)

İctimai fəaliyyəti:

1993-1998: "Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri
1998-1999: Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri 
1999-2008: Azərbaycan Milli QHT Forumunun prezidenti

Parlament fəaliyyəti:

2005-bu günə kimi: Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü
2005-bu günə kimi: Azərbaycan-Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri
2005-bu günə kimi: Azərbaycan-Çexiya, Azərbaycan-Estoniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Avstriya, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İsveçrə, Azərbaycan-Özbəkistan və Azərbaycan-Serbiya Parlamentlərarası İşçi qruplarının üzvü

ATƏT Parlament Assambleyasındakı fəaliyyəti:



2005-bu günə kimi: ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü
2007-2013: Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarus və Gürcüstanda keçirilən seçkilərdə ATƏT PA-nın seçki müşahidə missiyasının üzvü olub.


2013-bu günə kimi: ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini

2016-bu günə kimi: ATƏT Parlament Assambleyasının Vitse-prezidenti

2016: Monteneqroda keçirilən parlament seçkilərində ATƏT PA-nın seçki müşahidə missiyasının sədri olub

2016: Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada keçirilən parlament seçkilərində ATƏT PA-nın seçki müşahidə missiyasının sədri olub

2017-bu günə kimi: ATƏT PA-nın "İpək Yoluna Dəstək Qrupu”nun (Silk Road Support Group (SRG) of the OSCE PA) sədri

2017: Qırğızıstan Respublikasında keçirilən prezident seçkilərində ATƏT-in Seçki Müşahidə Missiyasının xüsusi koordinatoru olub

Digər vəzifələri:



2008-bu günə kimi: Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri

 

Müəllifi olduğu qanunlar:



2009: “Könüllü fəaliyyət” haqqında Azərbaycan Respublikasının qanunu: Bu qanunla könüllü fəaliyyətin istiqamətləri və təşkilatçılarının əhatə dairəsi, könüllülərin hüquqları və vəzifələri müəyyən edilib.



2013: “İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının qanunu: Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.



Müəllifi olduğu beynəlxalq qətnamələr:



2013: ATƏT PA - “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi”: Qətnamənin məqsədi iştirakçı dövlətləri və ATƏT inistutlarını milli QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi, inkişafı, ölkələri daxilində qərar qəbuletmə prosesində yaxından iştirak etməsi üçün əlverişli şəraitin yaradılmasına həvəsləndirməkdir. ATƏT-in müvafiq inistitutlarında QHT-lərə məşvərətçi statusun verilməsini nəzərdə tutan qətnamənin qəbulundan sonra ATƏT PA-nın illik sessiyalarında QHT-lərin iştirakına icazə verilir.



2014: ATƏT PA - “ATƏT Regionunda Mədəni Mülkiyyətin Qorunması”, 2014: Qətnamənin məqsədi iştirakçı dövlətlərin mühüm əhəmiyyət kəsb edən mədəni və tarixi, dini mülkiyyətin, xüsusi ilə də işğal edilmiş ərazilərdə olan abidələrin qorunması, saxlanılması, qanunsuz olaraq formasının və məzmununun dəyişdirilməsinə qarşı mübarizəsinin gücləndirilməsi və bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsidir.



2015: ATƏT PA - “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq”: Bu qətnamənin məqsədi dövlətlərarası münasibətlərdə, xüsusilə də Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazilərində davam edən münaqişələrdə Helsinki prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulamaqdır. Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilədə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır.



2018: ATƏT PA - “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması”, 2018: Bu qətnamənin məqsədi ticarət və nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, həmçinin, Şimal-Cənub və Şərq-Qərb multimodal dəhlizlərinin artan əhəmiyyəti fonunda bu sahədə müvafiq prosedurların asanlaşdırılmasının vacibliyini vurğulamaqdır. Qətnamədə həmçinin Böyük İpək Yolunun dirçəldilməsinin potensialı qeyd olunur və ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu tərəfindən həyata keçirilən fəaliyyətlərə dəstək verilir.



Üzv olduğu dövlət qurumları:



1999-bu günə kimi: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurası
2001-bu günə kimi: Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyası 
2005-bu günə kimi: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 
2013-bu günə kimi: Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyası

Təhsili:

1992-1997: Tarix Fakültəsi, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
1995-1996: “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu , Ankara, Türkiyə
2007-2013: Doktorantura, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
Fevral- Mart 2010: “QHT Liderləri üçün Strateji İdarəetmə”, Harvard, Kennedy School, ABŞ 



Elmi fəaliyyəti:



2013-cü ildə “Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Siyasi elmlər üzrə Fəlsəfə Doktorudur.


30-dan çox elmi məqalənin müəllifidir. Elmi məqalələri ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər Avropa ölkələrinin nüfuzlu jurnallarında dərc olunub.



Xarici dili: İngilis, Rus və Türk dilləri.

 

Hörmətli Azay Quliyevi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı