Modern.az

Azərbaycan samboçusu finala yüksəlib, rəqib erməni olacaq

Azərbaycan samboçusu finala yüksəlib, rəqib erməni olacaq

Aktual

23 İyun 2019, 13:38

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları davam edir.

 

Modern.az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün Azərbaycanın üç samboçusu mübarizəyə başlayıb.

 

52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksəlib. O, çempion adı uğrunda qarşılaşmada ermənistanlı Tiqran Kirakosyanla görüşəcək.

 

Digər iki samboçumuz 1/4 finalda uduzublar. Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidisə, Abdulla Abdullayev (74 kq) xorvatiyalı Sumpor Dino Dominikə məğlub olub. 

 

Buna baxmayaraq, samboçularımız təsəlliverici döyüşlərə qatılacaq. C. Qarayev estoniyalı Vadim Fominlə, A. Abdullayev ermənistanlı Arsen Qazaryanla üz-üzə gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı