Modern.az

Ərdoğan seçkidə səs verib: "İstanbul seçisici ən doğru qərarı verəcək"

Ərdoğan seçkidə səs verib: 

Dünya

23 İyun 2019, 14:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səs verib.

 

Modern.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

 

Rəcəb Tayyib Ərdoğan bildirib ki, nəticələri İstanbuldan izləyəcək: "Əminəm ki, İstanbul seçisici ən doğru qərarı verəcək, xeyirli olsun".

 

Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir.

 

Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

 

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır