Modern.az

Həyəcanlı abituriyentlər, gözüyaşlı valideynlər - Qəbul imtahanından FOTOLAR

Həyəcanlı abituriyentlər, gözüyaşlı valideynlər - Qəbul imtahanından FOTOLAR

23 İyun 2019, 14:51

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlanıb. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatıb. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayıblar. 

 

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

 

Modern.az 200 saylı orta məktəbdə keçirilən qəbul imtahanından fotoreportajı təqdim edir:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı