Modern.az

Kral Abdulla fələstinli birinci lediyə ilk baxışda vurulub - FOTOLAR

Kral Abdulla fələstinli birinci lediyə ilk baxışda vurulub - FOTOLAR

Reportaj

23 Yanvar 2012, 14:47

İordaniyanın, həm də dünyanın ən gözəl kraliçası ...

Modern.az saytının “Birinci ledilər” rubrukasında bu dəfəki təqdimatı İordania kralı II Abdullanın xanımı Raniya Feysəl əl-Yasin barəsindədir.

Bəzi ərəb ölkələrində müsəlman qadınları çadrasız təsəvvür etmək nə qədər təəccüblü olsa belə,  İordanıyanın kraliçası Raniya bu ənənəni tamamailə əksinə getməyi bacarıb.

Jurnalistlərin “Sizi çadra geyinmədiyinizə görə qınayıblarmı? Siz axı müsəlman ölkəsinin kraliçasınız” sualına birinci ledi belə cavab verib:

- Yox, bir çoxları, əlbəttə, hesab edirlər ki, mən çadralı gəzim, başqaları əksinə, çadradan istifadə etmədiyimdən razıdırlar. Bu, mənim şəxsi seçimimdir. Qəribədir, mənə həmişə xaricdə belə suallar verirlər. Bizdəsə belə söhbət getmir. Gəlin qadınları başlarının çölündə yox, içərisində nə olduğuna görə müzakirə edək”.

Raniya nəninki cəmiyyət qarşısına çadrasız çıxmaqla fərqlənir, o həm də ərəb qadınları haqqında formalaşan stereotipi dəyişməyə çalışır.

Birinci ledi, həm də polkovnikdir

Raniya Feysəl əl-Yasin İordaniyanın silahlı qüvvələrinin polkovniki rütbəsini də alıb. Bundan əlavə, kral II Abdulla arvadını həm də hərbçilərin və onların ailələrinin dəstəklənməsi üçün yaradılan ictimai birliyin rəhbəri təyin edib. Milliyyətcə fələstinli olan kraliça Əl-Küveytdə doğulub. Onun atası Küveytdəki xəstəxanaların birində uşaq həkimi işləyib. Raniya orta məktəbdə və universitetdə həmişə fərqlənib. Gələcək kraliça xarici ali məktəbdə təhsil alıb. Küvetdəki New English Scholda oxuyub, sonra Qahirədəki Amerika Universitetində biznes-adminstrator dərəcəsi alıb. Keçən əsrin 90-cı illərinin əvvəllərində Raniyanın ailəsi Küveytddən İordaniyaya qaçmaq məcburiyyətində qalır, o vaxt Küveyt İraqın işğalından azad olunandan sonra fələstinliləri qəsbkarlarla əməkdaşlıqda günahlandırılırdılar.

Kraliçalığa gedən yol

Raniyanı İordaniyanın Arrledəki nümayəndəliyində rəhbər vəzifəyə təyin etməkdən imtina olunanda o, özünü çox ambisiyalı (o vaxt 22 yaşı vardı) göstərir, qapını çırparaq kral Abdullanın bacısı və kürəkəninə məxsus olan Əmmandakı Citibanka yollanır. Məhz həmin bankın ofisində 1993-cü ilin yazında gənc qızla şahzadə ilk dəfə üz-üzə gəliblər. Onların bir-birini dəlicəsinə sevməsinə çox vaxt lazım gəlmir və 1993-cü il iyun ayının 10-da cütlük toylarını edir.

Raniya kral Hüseynin vəfatı ilə bağlı elan olunan üç aylıq matəmdən sonra kraliça titulunu alır. Şahzadə xanım Munanın oğlu Abdulla taxt-tacın varisi elan olunur.  O atasının ikinci arvadından olan oğludur.

Planetin ən gözəl kraliçası

Raniya planetin ən gözəl kraliçası hesab olunur. Onun fikrincə,  uşaqlar da real həyatın nə olduğunu bilməlidirlər. Bütün ailə evə, yaxud şəhər kənarındakı təmtəraqlı saraya bir yerə yığışanda bütün mərasimlər hasarın o üzündə qalır. Raniya axşamlar qızları İman və Səlma ilə onların çox sevdiyi fındıqlı-pendirli peçenye hazırlayır, balaca Hüseynə dərslərini oxumaqda yardım edir, evin ən balacası olan Haşimlə də əylənir, hətta ərinə ətli barbek hazırlamaqda yardım edir. O, uşaqlarının nəyə çox maraq göstərdiklərini şox yaxşı bilir. Uşaqlarla axşamlar bir neçə saatı birlikdə keçirmək istənilən anada həm də təhlükəsizlik və rahatlıq hissi yaradır. Müsəlman ölkələrindəsə qadının timsalında “lider ana” obrazı ümumiyyətlə başlıca şərt hesab olunur və kraliça Raniya bunu tam mənada təcəssüm etdirir. Onun böyük oğlu Hüseyn yəqin ki, gələcəkdə kral olacaq, amma Raniya həm ona, həm də digər övladlarına elə həyat tərzi modelini yaratmağa çalışır ki, bu adi adamlarda da belədir.

Müasir ərəb qadını


Bir çox müsəlman ölkəsində kişilərlə qadınlar arsındakı böyük fərq tədricən azalmağa başlayır. Zəif cinsin nümayəndələri tez-tez ali təhsil alır və layiq olduqları vəzifələri - həkim, hüquqşünas və müəllim- tuturlar. Cəmiyyətdə, nəhayət belə fikir formalaşır ki, qadınların fəal rolundan ölkə yalnız qazanır. Kraliça Raniya buna ən bariz nümunədir. 1999-cu ildə Kral Abdullanın bugünkü həyat yoldaşı və 4 uşaq anası kraliça olacağını öyrənəndə dəhşətə gəlir. O bu gün özünü “əsl ərəb qadını” hesab edir, amma bununla belə xarici görünüşcə Qərb supermodellərinə bənzəyir. Kraliça kütlə arasında tez-tez görünür, bu zaman açıq rəngli cins şalvar, köynək və dikdaban tufli geyinir. Təbii ki, bu zaman onu kütlədən mühafizə ayırır. Raniyanın vebsaytı inanılmaz populyarlıq qazanıb. O, həmin səhifənin müştərilərinə hər gün bir neçə dəqiqə vaxt ayırır və heç kim buna görə təəccüblənmir.

İordaniyanın birinci ledisi bloqlardakı internet əlaqə vasitəsilə ölkədə təhsillə bağlı vəziyyəti dəyişməyə çalışır. Raniya bütün təhsil müəssisələrini kompüterlə təmin etməyi ən vacib vəzifəsi hesab edir. Kraliça 1995-ci ildə yaratdığı qeyri-hökumət təşkilatı olan İordanioya Fondu vasitəsilə qadınlara ölkənin iqtisadi həyatında iştirak etməyə və yeni şirkətlər yaratmağa kömək edir.

Kraliça İordaniya cəmiyyətinin inkişafını ləngidən hər bir problemi həll etməyə çalışır. O, qadınların hüquqlarının müdafiəsi üçün çıxış edir, uşaqlarla qəddarcasına davranışlarla bağlı mübarizə üçün böyük həcmli kampaniyanın təşəbbüsçüsüdür, ailələrin qorunması məqsədilə dövlət orqanları ilə yerli təşkilatların qarşılıqlı əməkdaşlığının yaxşılaşmasına xüsusi önəm verir, O, orqanların köçürülməsi, vaksinasiya, sülhün qorunması aksiyalarına, qlobal təhsil layihələrinin hazırlanmasına da xüsusi diqqət göstərir. Bir sözlə, hər yerdə öz ideyalarını və fikirlərini reallaşdırmağa maraqlıdır.

Moda ikonası

İordaniyanın kraliçası öz gözəlliyi ilə sələflərinin hamısnı geridə qoyur,  buna heç kim şübhə belə etmir. Raniyanın qarderobu tam ənənəvi ərəb kostyumları və qərb tərzində paltarlarla zəngindir. Onun sevimli dizaynerləri Əli Saab və Armanidir. 2003-cü ildə Raniya öz monarxiya tituluna “Dünyanın ən gözəl kraliçası-2003”ü də əlavə edib. Bu titul ona Britaniyanın populyar jurnalı olan “Hello”nun internet vasitəsilə keçirdiyi sorğu nəticəsində verilib.

İordaniya kraliçası kimi heç bir başqa hakimiyyətdə olan qadın nümayəndə belə populyarlıq və ümumxalq sevgisi əldə edə bilməyib. İtaliyanın ən tanınmış modelyeri Corco Armani bir dəfə etiraf edib ki, məhz Raniya onun həyatının başlıca murası ( qədim yunan mifologiyasında incəsənət və elm ilahəsi) - ilham mənbəyidir.

Maraqlı faktlar

Raniya təmiz qızıldan olan (cütlüyün çəkisi 400 qrama yaxın olur), brilliant və topazla (müxtəlif rəngli qiymətli daş) bəzədilmiş tufli geyinməyi çox xoşlayır.

Kraliça Harri Potterin bütün kitablarını oxuyub. 2008-ci il dekabrın 30-da kraliça Raniya kral Hüseyn adına xəstəxanasının donor məntəqəsinə gələrək İsrailin Qəzza sektorunda keçirdiyi əməliyyat nəticəsində yaralanan fələstinliklər üçün qan verib.

O, başını heç vaxt örtməsə də, şərqin ən ideal qadını hesab olunur.

Kraliça deyir: “Adamlar düşünür ki, Şərqdə - burada nə isə bir monolit nizamnamə var, amma hər bir ölkənin öz xüsusiyyətləri, öz sabitlik həddi və təhlükəsizliyi, əlbəttə qadınlarının öz müstəqilliyi və azadllığı var”.

Raniya olduqca çox səyahət edir. Amma hər dəfə özünü uşaqları qarşısında günahkar sayır və çalışır ki, səfərləri bacardıqca qısa sürsün. O, bu gün o qədər də böyük olmayan şəhərlərdən birində uşaqların yol hərəkəti qaydalarını öyrənməsi ilə bağlı layihə həyata keçirər, sabahsa “Böyük səkkizliyin” üzvləri qarşısındsa iqtisadi məruzə ilə çıxış edə bilər.

Raniya bəxtinə çox minnətadardır: “Mən çox şadam ki, bu mərhələ mənim həyatımda böyük rol oynayıb. Mənim imkanım olub ki, həqiqi dostlar əldə edim və adi kampaniyada işləyim. İndi mümkün olan hər şeyi edirəm ki, mənim üçün qiymətli olan şeyi itirməyim. Amma məlumdur ki, onu tam saxlamaq mənə nəsib olmayacaq. Halbuki, torpaq üstündə möhkəm dayanmaq az vacib deyil”.

Kraliça 2010-cu ildə 40 yaşını (1970-ci il avqustun 30-da anadan olub) qeyd edəndə deyirdi: “Mən daxilən özümü uşaq hesab edirəm”.

İlk baxışdan sevgi

Kral Abdulla Raniyaya ilk baxışda vurulduğunu etiraf edir.

Raniya isə deyir:”Mən bilirdim ki, o, kral Hüseynin oğludur və  mən bundan bir qədər ehtiyatlanırdım. Amma mən onu çox maraqlandırmışdım. O, israrla mənə qulluq edirdi və biz görüşməyə başladıq. Hər şey elə tez baş verdi ki... heç kim bilmədi, mən kiməm və bu yaxşı tərəfə getdi”.

Raniya kraliça olacağını gözləmirmiş. II Abdulla mərhum kral Hüseynin böyük oğlu olsa da, atası oğlunun hələ 3 yaşı olanda vərəsəliyi Abdullanın dayısına verəcəyini demişdi. 1999-cu ildə ölüm ərəfəsi isə kral Hüseyn gözlənilmədən öz oğlunu varisi elan etdi.

28 yaşında Raniya dünyanın ən gənc kraliçası olur, çoxlarının fikrincə, həm də ən gözəl.

“İstəyirəm ki, övladlarım başqa uşaqlar kimi tərbiyə alsınlar, bizim ölkənin maksimum reallıqlarına yaxın böyüsünlər. Ona görə adamlardan xahiş edirəm ki, onlarla söhbət zamanı titulundan istifadə etməsinlər, əgər onlar nəsə alıblarsa, çantalarına yerləşdirməyə kömək etməsinlər”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü