Modern.az

Polis mal-qara oğrularını tutdu

Polis mal-qara oğrularını tutdu

Aktual

24 İyun 2019, 16:50

Goranboyda Polis mal-qara oğrularına saxladı

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə,  Goranboy Rayon Polis Şöbəsinə iyun ayının müxtəlif vaxtlarında rayonun Şəfibəyli və Kəhrizli kəndlərindən ümumi dəyəri 2400 manat olan iki baş mal -qaranın oğurlanması barədə məlumat daxil olub.  

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş 37 yaşlı Elvin İsmayılov və 30 yaşlı Nicat Qulamov saxlanılıb.

 

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin Tərtər rayonunda da analoji cinayət hadisələrini törətməklə 1 baş iri buynuzlu heyvanı oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?