Modern.az

Bakıda iki küçədə tıxac yaranıb - AÇIQLAMA

Bakıda iki küçədə tıxac yaranıb - AÇIQLAMA

24 İyun 2019, 17:06

Paytaxtın Rəşid Behbudov küçəsilə Süleyman Rəhimov küçəsinin kəsişməsində tıxac yaranıb. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mias Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, Rəşid Behbudov küçəsindən Süleyman Rəhimov küçəsinə giriş bağlıdır:

“Səbəb ərazidə təmir işlərinin aparılmasıdır. Buna görə də qeyd edilən yolda sıxlıq müşahidə edilir”.

M.Ağayev sürücülərdən alternativ yoldan istifadə etməyi tövsiyə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi