Modern.az

“İrəli” gəncləri  Azərbaycanı beynəlxalq layihədə təmsil etdi

“İrəli” gəncləri  Azərbaycanı beynəlxalq layihədə təmsil etdi

24 İyun 2019, 17:15

“İrəli” gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq  layihədə təmsil edib.

 

Modern.az xəbər verir ki, "İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 7 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində keçirilən “An Olive Branch Project” mübadilə proqramında iştirak edib. Layihənin mövzusu Cəmiyyətdə mövcud olan önyarğıların müəyyən edilməsi olub.

 

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, müzakirələr, ekskursiyalar təşkil olunub. Layihə ərzində iştirakçılar mübahisəli mövzuların qeyri-formal öyrənilməsi, müzakirə qruplarının təşkil edilməsi və öz fikirlərini yaradıcı şəkildə ifadə etmə bacarıqlarını formalaşdırması üzərində çalışıblar. İştirakçılar önyarğıların mənfi tərəflərini və dəyişmək üçün nə etmək lazım olduğuna dair “workshop” hazırlayıb, eyni zamanda komandada işləmə bacarıqlarını təkmilləşdiriblər.

 

 “İrəli” gəncləri “İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim ediblər. Eyni zamanda tariximizi əks etdirən suvinerlər təqdim edən “İrəli” İctimai Birliyinin gənc fəalları Türkiyə, Letonia, Gürcüstan, Ermənistan və Azərbaycan gənclərinin iştirak etdiyi layihədə iştirakçıları Azərbaycan həqiqətləri haqqında məlumatlandırıblar. 10 gün ərzində baş tutan layihədə “İrəli” İctimai Birliyinin Mətbuat Katibi Əfsanə Şükürova və Layihələrlə İş Üzrə Katibi Qurban Əsgərov da iştirak edib. Layihə çərçivəsində digər şəhərlərə səyahət baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir