Modern.az

“Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

“Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

24 İyun 2019, 17:20

“Cənab prezident tərəfindən həyata keçirilən təyinatları  yüksək qiymətləndirirəm. Çox yaxşı bir haldır ki, vəzifəsini dəyişən şəxslərlə onların yerinə gələnlər eyni dərəcədə peşəkardılar. Məsələn, Vilayət Eyvazov uzun illərdir ki, Daxili İşlər Nazirliyində işləyib. Buna görə də onun təyinatını  yüksək səviyyədə qəbul edir və cənab prezidentimizə minnətdarlığımı bildirirəm”.

Bunu Modern.az-a açıqlamasında  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov prezidentin son təyinatlarla bağlı sərəncamlarını şərh edərkən deyib.


Komitə sədri bildirib ki, təyinatlar həmişə olur:

“Amma budəfəki təyinatlar peşəkar insanlarla bağlıdır. Məsələn, DTX rəisi təyin olunmuş  Əli Nağıyevdən danışaq.  Qeyd edə bilərəm ki, sözün əsl mənasında işinin peşəkarıdır.  Həm Vilayət Eyvazov, həm də Əli Nağıyev  işini yaxşı bilən peşəkarlardır. Ona görə də  cənab prezidentimizin yanında işini bilən insanların çalışmasını təqdirəlayiq hesab edirəm”.

Eldar İbrahimov Ramil Usubov haqqında da fikirlərini bölüşüb:

“Ramil Usubov  öz işində sözünü demiş bir şəxsdir. Hesab edirəm ki, Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının sədri vəzifəsinin də öhdəsindən gələcək. Mədət Quliyev haqqında da eyni fikirdəyəm”.

Nuranə DAXİLQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər