Modern.az

Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Aktual

24 İyun 2019, 23:52

Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.

Modern.az  “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi