Modern.az

Qadınlar da azan səsləndirə bilərlərmi?..

Qadınlar da azan səsləndirə bilərlərmi?..

25 İyun 2019, 08:55

Dünyada 24 saat ərzində azan səsi eşidilir. Azanı səsləndirən şəxslər isə hər zaman kişilər olur. Bəs qadınlar məscid minarələrindən azan səsləndirə bilərlərmi?

İlahiyyatçı din-xadimi, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli Modern.az-a mövzu barədə danışıb:


“Qadınların minarələrdən azan səsləndirməsi məqbul sayılmır. Çünki naməhrəmlər onların səsini eşidə bilərlər. Məhəmməd Peyğəmbər əleyhisəlləmin hədislərində qeyd olunur ki, qadınlar ailə içində azan oxuya bilərlər. Lakin minarədən uca səslə azan səsləndirmələri icazəli deyil. Yəni qadın öz ailəsi üçün azan səsləndirə bilər, camaat üçün yox”.

İlahiyyatçı Sabirə Dünyamalıyeva isə məsələylə bağlı fəqli fikirlər söyləyib:

“Qeyd etmək istəyirəm ki, dini şəriət baxımından qadınların azan səsləndirməsi icazəlidir. Lakin kişilər olduğu yerdə qadın niyə azan səsləndirsin ki? Bəli, olar ki, müahribə başlayar və bütün kişilər müharibəyə gedər, o zaman qadın minarəyə çıxıb azan səsləndirər. Düşünürəm ki, burda qeyri-adi heç bir şey yoxdur. Azan səsi bir növ zəngli saatdı. Bunu qadının və ya kişinin səsləndirməsində heç bir günah və ya icazə yoxdur”.

Nuranə DAXİLQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı