Modern.az

Keçmiş baş redaktor vəfat etdi

Keçmiş baş redaktor vəfat etdi

25 İyun 2019, 10:19

“Sovet Ermənistanı”  qəzetinin son baş redaktoru, tarix elmləri namizədi, görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim. Ermənistan SSR-in Əməkdar jurnalisti İsrafil Məmmədov dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.

İ.Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Mehrı rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirərək öz kəndində - bitirdiyi məktəbdə müəllimlik edib. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya pənah gətirib.

İsrafil Məmmədov bir sıra sahələrdə çalışıb. O, rayon qəzeti və paralel olaraq rayon radiosunun aparıcısı olub, həmçinin Mehrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işləyib. İrəvan Ali Partiya məktəbini bitərərək 1955-90-cı illərdə "Sovet Ermənistanı" adlı respublika qəzetinin son baş redaktoru olub. Təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifəsində çalışıb.

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatı" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. .

"Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran, Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb. A.Gelmanın "Aləmlə üz-üzə", Y.Onelin "Qarağaclar altında məhəbbət", P.Pançevin "Əkizlər", Ə.Əbubəkrin "Şuburumda dava-dalaş", Q.Sundukyanın "Daha bir qurban" və başqa səhnə əsrlərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq, 1968-ci ildə onun yaşadığı mənzili partladıblar.

Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib.

Azərbaycan Prezidentinin 25 may 2012-ci il tarixli sərəncamı ilə İsrafil Məmmədova  Azərbaycan Respublikasının elm sahəsində 'Dövlət Mükafatı' laureatı adı verilib. 

Allah rəhmət eləsin!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub