Modern.az

Tələbələr qış imtahan sessiyası üçün "qaynar xətt" yaratdılar

Tələbələr qış imtahan sessiyası üçün "qaynar xətt" yaratdılar

21 Dekabr 2009, 14:21

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi ali məktəblərdə qış semestr imtahanları ilə əlaqədar bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Təşkilatdan Modern.az-a bildirilib ki, dekabrın 25-dən etibarən qış imtahan-məqbulları zamanı ali məktəblərdə baş verən qanun pozuntuları ilə əlaqədar müraciətlərin qəbul edilməsi və problemlərin aradan qaldırılmasına kömək etmək üçün  “qaynar xətt” xidməti fəaliyyətə başlayacaq. Müraciətlər telefon (417-23-16) və email ([email protected]) vasitəsilə qəbul ediləcək. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, təşkilat daxilində yaradılmış “qaynar xətt”ə daxil olan müraciətlər Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “qaynar xətt”ə yönəldilməklə yanaşı, həm də müstəqil araşdırılacaq. İmtahanlar bitəndən sonra daxil olmuş müraciətlər və əldə olunmuş nəticələr əsasında hesabat hazırlanacaq.

Həyata keçiriləcək bu tədbirlər Təhsil Nazirliyinin “qaynar xətti”nə daxil olmuş müraciətlərin necə araşdırıldığını, açıqlanan məlumatların həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər