Modern.az

Prezident aktrisa Sənubər İsgəndərliyə mənzil bağışladı

Prezident aktrisa Sənubər İsgəndərliyə mənzil bağışladı

25 İyun 2019, 10:56

Tanınmış aktrisa, Əməkdar artist Sənubər İsgəndərli dövlət başçısı İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir.

Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir