Modern.az

“Şans” istirahət mərkəzi cərimələndi - SƏBƏB

“Şans” istirahət mərkəzi cərimələndi - SƏBƏB

25 İyun 2019, 11:05

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, növbəti belə tədbir iyunun 24-də paytaxtın Xəzər rayonu ərazisində keçirilib. Reyd zamanı “Şans” istirahət mərkəzinin ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Qeyd olunan istirahət mərkəzinin icarədarı R.Rəşidov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib. 

 

Bu istiqamətdə tədbirlər davam etdirilir. 




Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir