Modern.az

Əflatun Amaşov: “Biz Azərbaycan mətbuatının patriarxını itirmişik”

Əflatun Amaşov: “Biz Azərbaycan mətbuatının patriarxını itirmişik”

25 İyun 2019, 11:26

"Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

 

O bildirib ki, Ş.Hüseynovun banisi olduğu məktəb hər zaman işıq saçacaq:

 

"Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi. Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.

 

Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib.

Ş.Hüseynov İkinci Fəxri Xiyabanda dəfn olunacaq. 

 

Nəzrin Rüstəmova

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir