Modern.az

“Azərişıq”da yeni departament yaradıldı

“Azərişıq”da yeni departament yaradıldı

Aktual

25 İyun 2019, 11:55

“Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilərək onun əvəzinə “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamenti yaradılıb.

Bu barədə Modern.az-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, yeni departamentə elə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək: “Yeni yaradılan struktur daha funksional olacaq.

Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malikdir, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə də işləyəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı