Modern.az

“Hesablama Palatası “Azəriqaz”ı hələ yoxlamır” - AÇIQLAMA

“Hesablama Palatası “Azəriqaz”ı hələ yoxlamır” - AÇIQLAMA

25 İyun 2019, 12:26

“Hesablama Palatası tərəfindən “Azəriqaz” İstehsalat Birliyində audit aparılmır”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova bildirib.

N.Məhərrəmova qeyd edib ki, Hesablama Palatası öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilmiş İş planına müvafiq şəkildə həyata keçirir:


“Hesablama Palatasının 2019-cu il üçün Planında “Azəriqaz” İB-də nəzarət tədbiri nəzərdə tutulub. Lakin hazırda “Azəriqaz” İB-də audit aparılmır. Hələlik nəzarət tədbirinin planlaşdırılması işləri həyata keçirilirməkdədir. Belə ki, audit tədbiri yalnız tərtib edilmiş Audit proqramı Kollegiyada təsdiq edildikdən sonra qəbul edilmiş Kollegiya qərarına əsasən başlanacaq”.

Palata rəsmisi eyni zamanda, kütləvi informasiya vasitələrinə müraciət edib:

“Müraciətinizdən istifadə edərək, kütləvi informasiya vasitələri nümayəndələrindən fəaliyyətimizlə əlaqədar hər hansı informasiyanın Hesablama Palatası ilə dəqiqləşdirdikdən sonra dərc edilməsini xahiş edirik. Bu, müxtəlif anlaşılmazlıqların və qeyri-dəqiq informasiyanın yayılmasının qarşısının alınmasına xidmət edər.

Onu da bildiririk ki, KİV-dən daxil olan istənilən informasiya sorğusu tərəfimizdən qanunvericiliyə uyğun qaydada və qısa müddət ərzində cavablandırılır”.

 

Qeyd edək ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məbuata açıqlamasında Hesablama Palatası tərəfindən “Azəriqaz” İstehsalat Birliyində yoxlama aparıldığını bildirib:

“Palata yoxlamanı dayandırmasına aydınlıq gətirmir. Ümumiyyətlə, bu gün əhali təchizatın və xidmətin yaxşılaşdırılmasından hələ də xeyir görməyib. Qış mövsümü başlayan kimi, daha çox çətinliklər ortaya çıxır. Birmənalı olaraq bu gün ölkədəki qaz itkisi 20-30 faizə çatır. Ölkə ərazisində qazlaşdırma tam başa çatmayıb. Son 3 ildə SOCAR prezidenti Rövnəq Abdullayev hər dəfə ölkə başçısı qarşısında çıxış edəndə deyir ki, artıq ölkə ərazisi üzrə qazlaşma 93 faizdir, ilin axırınadək 95 faizə çatacaq. Tam dəqiqliyi ilə deyə bilərəm ki, ölkə ərazisi üzrə nə 93, nə də 95 faiz qazlaşma var. Bu gün müxtəlif rayonlardan verilən məlumatlardan bəlli olur ki, kəndlərin çoxunda qazlaşma yoxdur, yaxud da boruları çəkiblər, işlər yarımçıq qalıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?