Modern.az

Niyazi Bayramov vətəndaşların problemlərini dinlədi

Niyazi Bayramov vətəndaşların problemlərini dinlədi

25 İyun 2019, 12:56

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. 

 

Modern.az xəbər verir ki, idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi qəbulda, vətəndaşlar öz problemlərini dilə gətiriblər. 

 

Müraciət edənlər arasında fərdi yaşayış evinin təmirini, torpaq sahəsinin ayrılmasını, fərdi yaşayış evinin inşası üçün maaddi yardımın göstərilməsini istəyənlər olub. Su və mavi yanacaqla təminatla bağlı problemi olanlar da yaşadıqları çətinliklər barədə şəhər rəhbərliyinə məlumat veriblər. Sakinlər arasında şəxsi problemlərinin həlli üçün müraciət edənlər də olub. 

 

Səslənən müraciətlərin, dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada həlli istiqamətində tapşırıqlar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər