Modern.az

“Atam şərəfli ömür yaşayıb” – Şirməmməd Hüseynovun qızı

“Atam şərəfli ömür yaşayıb” – Şirməmməd Hüseynovun qızı

Aktual

25 İyun 2019, 13:09

Mərhum jurnalist, tədqiqatçı Şirməmməd Hüseynovun qızı, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri  Fərəh Əliyeva atasının vida mərasimində çıxış edib.

 

Modern.az saytının xəbərinə görə, F.Əliyeva bildirib ki, atasının vəfatı onun üçün çox ağırdır.

“Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb. O, Bakı Dövlət Universitetini özünün birinci evi hesab edirdi. BDU onun düşüncəsində Azərbaycanın modeli idi. Biz uşaq olanda onun ən böyük arzusu zərbaycanı müstəqil görmək idi”.

 

O qeyd edib ki, Ş.Hüseynov uzun illərdir ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətini görüb.

“Mən inanıram ki, atamın ruhu BDU-nun divarlarında yaşayacaq”- deyə F.Əliyeva əlavə edib.

 

Qeyd edək ki, Ş.Hüseynov ötən gün, 95 yaşında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

 

Nəzrin Rüstəmova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı